Mayın 15-də Naxçıvan şəhərində gips fiqurların rənglənməsi üzrə master-klass keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkil etdiyi tədbirdə 30 könüllü gənc iştirak edib.
Master-klass Telan Cəbiyevanın təqdimatında baş tutub. İştirakçılar gips fiqurların boyanması və dekorativ işlənməsi ilə bağlı praktiki bilik və bacarıqlar əldə ediblər.
Tədbirin keçirilməsində məqsəd gənclərin asudə vaxtının səmərəli təşkili, onların yaradıcılıq imkanlarının inkişaf etdirilməsi, incəsənətə marağın artırılması və estetik zövqünün formalaşdırılmasına dəstək göstərmək olub.